VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhlillər göstərir ki, bu ilin 9 ayı ərzində Azərbaycanda məişət texnikası, mobil telefonlar və elektrik avadanlıqların qüsurlu olması, dəyişdirilməsi və geri qaytarılma qaydalarının pozulması ilə əlaqədar istehlakçılardan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artıb.

BAKU.WS xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu məsələlərin müzakirəsi məqsədilə Dövlət Xidmətində elektrik məişət avadanlıqlarının satışı ilə məşğul olan iri bazar iştirakçıları ilə görüş keçirilib.

Tədbirdə daxil olan müraciətlərin böyük hissəsinin mağazalar şəbəkələri tərəfindən məhsulların zəmanət şərtləri, istismar qaydaları, istehlak xüsusiyyətləri barədə istehlakçılara ətraflı və düzgün məlumatların verilməməsi, qüsurlu məhsulun texniki müayinəsi prosesi zamanı baş verən pozuntular, adekvat əvəzedici məhsulun təqdim edilməməsi və s. ilə bağlı olduğu bildirilib, onların aradan qaldırılması, müştəri məmnunluğunun təmin edilməsi tədbirləri müzakirə edilib.

BAKU.WS