VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan BAKU.WS-ə bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Polşa Respublikasının Malopolski (Małopolskie) vilayətinin Gorlice, Nowy Sącz, Mazovieski (Mazowieckie) vilayətinin Mińsk, Żuromin, Wołomin, Piaseczno, Varminsko-Mazurski (Warmińsko-Mazurskie) vilayətinin Olsztyn, Velikopolski (Wielkopolskie) vilayətinin Szamotuły, Kalisz, Opolski (Opolskie) vilayətinin Krapkowice, Prudnik rayonlarında baş vermiş yüksək patogen quş qripi xəstəliyinin aktiv və müşahidə fazasında olan epizootik ocaqları mövcuddur, həmçinin Pakistan İslam Respublikasının Pəncab (Punjab) regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan ərazilərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Polşa Respublikasından və Pakistan İslam Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

BAKU.WS