VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Gənclər və İdman Nazirliyi və ATGT-nin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq "Youth vision" beynəlxalq mahnı müsabiqəsi keçiriləcək. Müsabiqədə 24 ölkədən 72 nümayəndə heyəti iştirak edəcək. 

BAKU.WS məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Gənclər və idman nazirinin mətbuat katibi Səmayə Məmmədova deyib. O bildirib ki, "Youth vision" mahnı müsabiqəsi əvvəllərdə Azərbaycanda keçirilib:

""Youth vision" mahnı müsabiqəsi əvvəllər də Azərbaycanda keçirilib. Lakin, 2013-cü ildən bu müsabiqə beynəxalq səviyyədə keçirilməyə başladı. Müsabiqədə müxtəlif ölkələrindən tələbələr iştirak edəcəklər". 

Səmayə Məmmədova müsabiqə üçün büdəcədən ayrılan məbləği də açıqlayıb. O bildirib ki, müsabiqə üçün 150 min manat pul ayrılıb. 

Ümumi mükafat isə 6 min dollar təşkil edir və 1,2,3 yerlər arasında bölüşdürüləcək. 

Qeyd edək ki, müsabiqə Heydər Əliyev adına sarayda iyunun 22-24 tarixlərində keçiriləcək.
 
BAKU.WS