VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Aprel döyüşləri”nin iştirakçısı olmuş Vətən müharibəsi şəhidi Nicat Hüseynovun vaxtı ilə yaşadığı fərdi yaşayış evinin qarşısından keçən qaz xətti şəhidin xatirə lövhəsinin hazırlanmasına mane olub.

“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata əsasən, qurumun rəhbərliyinin tapşırığı ilə sözügedən ərazidə qaz xəttinin yeri dəyişdirilib və qapı keçidi quraşdırılıb.

Nicat Hüseynov 2015-2016-cı illərdə hərbi xidmətdə olarkən “Aprel döyüşləri”nin iştirakçısı olub, Vətən müharibəsi başlayan zaman isə könüllü olaraq döyüşlərə yollanıb. O, “Aprel döyüşləri” zamanı komandiri olmuş “Murov qartalı” şəhid polkovnik-leytenant Raquf Orucovun qisasını düşməndən alacağına söz verib. Vətənə olan sevgisi və komandirinin qisasını almaq istəyi onu ikinci dəfə döyüşlərdə iştirak etməyə vadar edib, Füzuli, Cəbrayıl istiqamətində gedən əməliyyatlarda iştirak edib. Döyüş bölgəsində qalan yaralı əsgər yoldaşını xilas etmək istəyərkən qəhrəmancasına şəhid olub.

BAKU.WS
VİDEO