SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda xarici ölkələrdə təşkil edilən “SmackDown” (televiziyada yayımlanan güləş yarışları) tipli yarışı keçirilib.

BAKU.WS xəbər verir ki, idmançılar Fəriq Qaya ilə Rosh “Life” yarışda qarşı-qarşıya gəliblər.

Döyüşçülərə azarkeşlik etmək üçün yüzlərlə insan qapalı məkanda təşkil edilən yarışa qatılıblar. Sosial məsafə kimi izolyasiya qaydalarına əməl etməyən insanlar karantin qaydalarını kobud şəkildə pozublar.

Azarkeş izdihamı yaşandığı döyüşün görüntüləri sosial platformalarda paylaşılıb.

Sözügedən görüntüləri Rosh “Life” şəxsi “Youtube” kanalına yerləşdirib. O, yarışı təşkil edən bir sıra dövlət qurumlara minnətdarlığını bildirərək təşəkkür edib. Rosh “Life”ın adını çəkdiyi qurumlar arasında “Sərhədçi” Olimpiya İdman Mərkəzinin adı da var.

Məsələ ilə bağlı “Sərhədçi” Olimpiya İdman Mərkəzinin mətbuat katibi Maya Şərifova ilə əlaqə saxlamağa çalışdıq. O, BAKU.WS-ə bildirdi ki, ötən gün baş tutan döyüşdən xəbərsizdir və bu haqda araşdırma aparılacaq.

Qapalı məkandakı yarışda yüzlərlə insanın karantin qaydalarını pozması məsələsi ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyevlə də əlaqə saxladıq. O, BAKU.WS-ə açıqlamasında müəyyən faktlar əldə edildikdən sonra təşkil edilən yarış haqqında araşdırma aparılacağını bildirib.

BAKU.WS