SİZİN REKLAM BURADA!
055 213 76 73


39 yaşlı İlahə Sultanova 3 azyaşlı övladı ilə birlikdə xeyirxah bir insanın onlara müvəqqəti yaşamaq üçün verdiyi daxmada qalır.

Onun sözlərinə görə, uşaqlar qeyri-rəsmi nikahdan doğulub və ata övladlarına sahib çıxmır.

11 yaşlı əkiz qardaşlar pul qazanmaq üçün müxtəlif ərazilərdən boş su qablarını toplayıb satırlar. Ana isə evində qaldıqları insanın mal-qarasına baxaraq ailənin ehtiyaclarını ödəməyə çalışır.

Şəraitsiz vəziyyətdə yaşayan ailənin daimi yaşaya biləcəkləri evə, ananın isə işə ehtiyacı var.

BAKU.WS
VİDEO