SİZİN REKLAM BURADA!
055 213 76 73


Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət və yerli icra orqanları ilə müvafiq tədbirlər görür.

Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, son vaxtlar aparılan monitorinqlərin nəticələri göstərir ki, görülən işlərə baxmayaraq, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən ərazilərdə, küçələrdə, yol kənarlarında satış məqsədilə qanunsuz heyvan kəsimi fəaliyyətləri davam edir. Bəzi ərazilərdə isə bu cür qanunsuz halların genişləndiyi müəyyənləşdirilib.

Dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası dövründə, o cümlədən havaların mövsümi istiləşməsi ilə əlaqədar kütləvi zoonoz xəstəliklərin yayılması riski mövcuddur.

Belə bir şəraitdə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə heyvanların baytarlıq nəzarətindən keçirilmədən kəsilməsi təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər.

Bununla əlaqədar, Agentlik tərəfindən aparılan monitorinqlər zamanı yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətləri ilə bağlı aşkar olunan faktlar üzrə məlumatlar toplanılıb və müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilib.

Qida Təhlükəsizliyi Agentliyi nəzarət orqanı olaraq baş verə biləcək bioloji təhlükə riskini mütəmadi olaraq qiymətləndirir, məsələni daim diqqət mərkəzində saxlayır, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün əhali arasında geniş maarifləndirmə, təbliğat və təşviqat işlərini həyata keçirir.

BAKU.WS