SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkələrdə bulvarın bir hissəsinə dəmir arakəsmələrin qoyulduğunu əks etdirən fotolar yayılıb. İddia edilir ki, buna səbəb bulvar ərazisində yeni obyektin tikilməsinə hazırlıq işlərinin görülməsidir. Bildirilir ki, yeni tikili dəniz sahilinə aparan pilləkənlərə qədər uzanacaq.

BAKU.WS xəbər verir ki, “qafqazinfo” məsələylə bağlı Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədrinin müşaviri Könül İmamverdiyeva ilə əlaqə saxlayıb.

O sorğuya cavab olaraq bildirib ki, bağlanma təmir-bərpa işlərilə bağlıdır: "Həmin yerdə hansısa obyektin tikilməsi məsələsi yoxdur.

Dəmir baryerlər ona görə qoyulub ki, döşəmələr zədələnib. Həmin döşəmələr yenidən bərpa ediləcək. Hər hansı tikintinin aparılacağı ilə bağlı hələlik məlumat yoxdur. Əgər belə bir hal olarsa, ictimaiyyətə məlumat veriləcək".

BAKU.WS