SİZİN REKLAM BURADA!
055 213 76 73


Vətən müharibəsinin şəhidi Məmmədli Sübhanın övladı dünyaya gəlib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, qəhrəmanımızın övladı bu gün xəstəxanadan evinə yola salınıb.

Sübhanə adı verilən körpəni xəstəxanada “YAŞAT” Fondunun əməkdaşları, şəhid kapitanın döyüş və iş yoldaşları, ailəsi və yaxınları qarşılayıb.

Qeyd edək ki, Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda döyüşlərdə iştirak edən S.Məmmədli qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

O, ölümündən sonra “Vətən uğrunda” və “Füzuli rayonunun azadlığı uğrunda” medalları ilə təltif edilib.

BAKU.WS