VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Neftçala rayonunda şəhid gizirin 40 mərasimində təltif olunduğu medal ailəsinə təqdim edilib.
 
"Report" xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə şəhidin doğmaları, Neftçala Rayon İcra Hakimiyyətinin (RİH),  Müdafiə Nazirliyinin (MN) rəsmiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

Mərasimdə Azərbaycan ordusunun şəhid olan 22 yaşlı giziri Elmdar Səfərovun qısa, lakin şərəfli ömür yolundan danışılıb. Bildirilib ki, Elmdar Səfərov bu il aprelin əvvəlində təmas xəttində gedən qısamüddətli döyüşlərdə əsl qəhrəmanlıq göstərib və ölümü ilə Vətənə layiq övlad olduğunu bir daha təsdiqləyib. 
Sonra şəhid gizirin məzarı ziyarət olunub.
 
Prezidentin sərəncamı ilə şəhidin təltif olunduğu "3-cü dərəcəli xidmətə görə" medalı  anasına təqdim edilib.

Qeyd edək ki, şəhid gizir Elmdar Səfərov bu il aprelin əvvəlində təmas xəttində düşmən təxribatının qarşısını alarkən  şəhid olub. Onun cənazəsi doğulduğu Neftçalanın Aşağı Qaramanlı kənd qəbristanlığında torpağa tapşırılıb.
 
BAKU.WS