SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Həmişə maraqlı açıqlamaları, hərəkətləri, çox vaxt isə jurnalistlərə qarşı kobudluğu ilə gündəmə gələn Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov bu gün uzun müddət davam edən susqunluğunu pozub. 

Onun bu gün məktəblilər qarşısında etdiyi jest şagird və valideynlərin təəccübünə səbəb olub.

Yasamal rayonu ərazisində yerləşən P.Nəzərov adına 60 saylı tam orta məktəbin təşkil etdiyi xeyriyyə yarmarkasına qatılan T.Əhmədov balaca məktəblinin satdığı şirniyyatı gözlənilməz qiymətə alıb.
 
Məktəbin "2 ç" sinif şagirdi Fidan İbadovanın satdığı 1 dilim piroqa 70 manat pul verib. Keçmiş rəisin bu addımı məktəbli üçün adi olsa da, orda olan insanlar maraqla qarşılayıb. /Criminal.az/
 
BAKU.WS