SİZİN REKLAM BURADA!
055 213 76 73


Salyan rayonunda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün şəhid Quliyev Kamran Dadaş oğlunun adına inşa edilən bulağın açılışı olub.

Açılış mərasimində rayon icra hakimiyyətinin rəsmiləri, şəhidin doğmaları, döyüş yoldaşları, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhid K.Quliyevin qısa, lakin şərəfli həyat yolundan və onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açılıb, ruhuna dualar oxunub.

Qeyd edək ki, K.Quliyev 1992-ci ildə Salyan şəhərində doğulub. O, 5 ildən çox idi ki, N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirirdi. 2020-ci il Tovuz döyüşlərində fəal iştirak edib.

K.Quliyev Vətən müharibəsi başlayan gündən Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə əsl qəhrəmanlıqlar göstərib. Oktyabrın 5-də Füzulinin Alxanlı kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

BAKU.WS
QALEREYA