SİZİN REKLAM BURADA!
055 213 76 73


 
O, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub.

Aprelin ilk günlərində cəbhədə gedən döyüşlər zamanı şəhid olan Göygöl sakini, 19 yaşlı əsgər Sərxan Azər oğlu Bağırov müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub. 

BAKU.WS Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, bu gün şəhidin medalı rayon ictimaiyyətinin iştirakı ilə keçirilən mərasimdə ailəsinə təqdim olunub. Şəhid Sərxan Bağırov Lələ Təpə yüksəkliyi uğrunda gedən döyüşlərdə artilleriya batareyasının heyət nəfəri kimi xüsusi xidmətləri ilə seçilib. Düşmənə layiqli müqavimət göstərən zaman şəhid olub. 
 
BAKU.WS