SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Yaxın aylarda dərmanların qiymətində hiss olunacaq dərəcədə ucuzlaşma gözlənilir. 
 
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Admiral.az-a verdiyi açıqlamada bildirib ki, ilin sonuna qədər paytaxtdakı apteklərdə qiymətlər tam tənzimlənəcək:
 
"Ümumilikdə dərman satışı bazarında 11 minə yaxın dərman vasitəsi var. Dövlət qeydiyyatından da 4500 dərman vasitəsi keçib. Artıq 7 mindən artıq dərmanların qiymətləri tənzimlənib. İlin birinci yarısında mövcud dərman vasitələrinin tənzimlənməsi başa çatacaq. Bu da imkan verəcək ki, apteklərdə dərmanların qiyməti münasib olsun".

BAKU.WS