SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Whatsapp" mesajlaşma tətbiqi yeni funksiyasını aktiv edib.
 
BAKU.WS məlumat verir ki, dünyanın ən böyük ünsiyyət vasitəsi olan "Whatsapp" səsli danışıq funksiyasından sonra istifadəçilərə video görüntü ilə danışmaq imkanı yaradıb. 
 
Tətbiqin yeni funksiyasının aktiv olması ilə bağlı foto sosial şəbəkələrdə paylaşılıb. Yeni funksiyanın bir neçə istifadəçidə aktiv olduğu bildirilir. 
 
Qeyd edək ki, "Whatsapp"-ın video görüntü ilə danışmaq funksiyasını aktiv edəcəyi ilə bağlı məlumatlar bir neçə gün əvvəl yayılmışdı. 
 
BAKU.WS