SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya Bankının dəstəyi ilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbuluna başlanıb.

BAKU.WS Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır.

İşsiz kimi qeydiyyatda olan şəhid ailəsinin üzvləri, müharibə əlilləri, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslər bu layihədə iştirak etməklə Dünya Bankının dəstəyi ilə öz kiçik bizneslərini qura biləcəklər. Beş il ərzində ümumilikdə 22 min işsiz şəxsi əhatə edəcək “Məşğulluğa Dəstək Layihəsi”  çərçivəsində bu il 6 min şəxsin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulmasına dəstək göstərilir:

1

Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi)

15

Qadın gözəllik salonu

2

PVC qapı və pəncərə hazırlanması

16

Avtomobil şinlərinin təmiri

3

Kişi bərbərxanası

17

Avtoyuma

4

Mebel (Kəsmə, Bant vurma, Oyma işləri)

18

Avtoçilingər

5

Dəmirçi

19

Dülgər

6

Avtotornaçı (tokar)

20

Dönərçi

7

Parket və taxta döşəmə cilalanması

21

Yem üyütmə xidməti (mini yem dəyirmanı)

8

Avtoelektrik

22

Yun darama

9

Meyvə qurutma

23

Naxış vurma

10

Fitness (idman)

24

Təlim-tədris

11

Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi) 

25

Musiqiçi

12

Broyler inkubatoru

26

Ayaqqabı təmiri və istehsalı

13

Poliqrafiya xidmətləri

27

İstixana

14

Foto xidməti

 

 

Layihədə iştirak etmək üçün qeydiyyat onlayn qaydada www.e-sosial.az  portalında, Məşğulluq Altsistemində “Məşğulluğa Dəstək Layihəsi”  bölməsində, DMA vebsəhifəsində http://www.dma.gov.az   və ya  Ərazi Məşğulluq Mərkəzləri və DOST mərkəzlərinə də müraciət edərək qeydiyyatdan keçmək olar.

Layihəyə müraciət qaydası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən videoçarx hazırlanmışdır:  https://youtu.be/ANZ9qbnZ1IA Əlavə məlumat almaq üçün: 142 - Çağrı mərkəzi.

BAKU.WS