SİZİN REKLAM BURADA!
055 213 76 73


“YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin ehtiyaclarını qarşılamağa davam edir.

BAKU.WS xəbər verir ki, Fond fevral ayının 5-nə qədər fəaliyyət istiqamətləri üzrə rəqəmləri açıqlayıb.

Belə ki, “YAŞAT” Fondu tərəfindən 5 fevral tarixinə qədər 2 745 şəhid ailəsi ziyarət olunub. Bu dövr ərzində 288 yaralının müraciəti qeydə alınıb.

Yanvar ayının 5-dən etibarən Fond tərəfindən 1 960 şəxs öhdəliyə götürülüb. Ümumilikdə, 11 847 şəhid ailə üzvü və yaralı ziyarət olunub.

Məlumatda qeyd edilir ki, Fond tərəfindən şəhid ailələri və qazilərin ehtiyaclarının qarşılanmasına 4 milyon 82 min 315 manat xərclənib.

Belə ki, 283 şəhid ailəsi və qazinin məişət şəraitinin yaxşılaşdırılması üzrə ehtiyacları qarşılanıb, 466 şəxs bu ehtiyacların qarşılanması üzrə prosesdədir. 170 şəhid ailəsi və qazinin tibb xərclərinin ödənilməsi həyata keçirilib və hazırda bununla bağlı 620 şəxs prosesdədir. 188 şəhid ailəsi üzvünün borc öhdəlikləri qarşılanıb və bununla əlaqədar 150 şəxsin müraciəti prosesdədir. 30 şəhid ailəsi və qazinin isə təhsil xərcləri ilə bağlı ehtiyacları ödənilib və bu istiqamətdə dörd şəxsin müraciəti prosesdədir.

Ehtiyaclar üzrə müraciətlərin böyük qismi, yəni 38,37 faizi məişət şəraitinin yaxşılaşdırılması, 37,18 faizi isə tibb xərclərinin ödənilməsi ilə bağlı olub.

BAKU.WS