SİZİN REKLAM BURADA!
055 213 76 73


Müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqının nağdsız - vahid kart sisteminə inteqrasiyası proseslərinə yenidən start verilib.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Bu çərçivədə 1 fevral tarixindən etibarən 15 nömrəli marşrut xətti (Keşlə qəsəbəsi-Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi) üzrə hərəkət edən avtobuslarda gediş haqqının “BakıKart” vasitəsilə ödənilməsi təmin ediləcək.

Məlumata görə, sərnişinlərin rahatlığı nəzərə alınaraq xətt üzrə zəruri yerlərdə “BakıKart”ın balansını artırmaq üçün ödəmə post-terminalları qoyulub.

BAKU.WS