VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Son günlər "Facebook”da yayılmış "Profilimə ən son baxanlar” virusu istifadəçiləri bezdirib.

BAKU.WS məlumat verir ki, başlığa aldanıb keçidə daxil olmağa çalışanlar virusu dostluğundakılara yayırlar. Beləcə, virus şəbəkə halında minlərlə insana çatır.

İnformasiya Komunikasiya Texnologiyaları üzrə mütəxəssis Osman Gündüz sosial şəbəkələrdə belə virusların qəsdən yayıldığını və bəzi şəxlsərin bu işdə marağının olduğunu bildirib.

Mütəxəssislər "Facebook”un belə xidmətinin olmadığını və virusa yoluxmamaq üçün şübhəli məlumatları açmamağı məsləhət görürlər. Profili virusa yoluxan istifadəçilər isə bəzi qaydalara əməl etməlidirlər.

Mütəxəssislər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin bənzər hallarla bağlı vətəndaşları xəbərdar edilməli olduğunu xatırladıblar.

BAKU.WS "Xəzər Xəbər”ə istinadən videomaterialı təqdim edir: