VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Azərbaycan Hava Yolları" (AZAL) QSC və Silk Way Holding Azərbaycanın mülki aviasiya obyektləri barədə "On/Off" formatında çəkilən qeyri-adi videoçarx hazırlayıb. 

İnternetdə böyük populyarlıq qazanan "On/Off" formatı müəyyən bir vaxt tezliyi ilə dəyişən və fərqli yerlərdə çəkilən müxtəlif kadrları əks etdirən selfi- videoçarxıdır.
 
Videoçarxda pilotlar, təyyarə bələdçiləri, dispetçerlər, həkimlər, kinoloqlar, yanğınsöndürənlər, Milli Aviasiya Akademiyasının tələbələri, SW Business Aviation, SW Technics, SW West, Baku Cargo Terminal, Sky Catering və Azərbaycan mülki aviasiyasının digər müəssisələrinin işçilərini videoçarxda görmək olar. 
 
BAKU.WS