SİZİN REKLAM BURADA!
055 213 76 73


Hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı magistrallarında zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla yanaşmalarını xahiş edirik. Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmək tövsiyə edilib.

Məlumat üçün onu da qeyd edək ki, hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də bəzi istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb.

Bunu nəzərə alaraq xüsusi ilə bu cür hava şəraitində avtobusların hərəkətinə maksimum dərəcədə şərait yaradılması zəruridir.

BAKU.WS