VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
NIKOIL Bank paytaxtın və regionların  ali təhsil müəssisələrinin məzunları üçün  "Yay təcrübə proqramını" açıq elan edir!

Cari ilin may ayının 1-dən avqust ayının 1-dək müvafiq olaraq Bankın Baş ofisində və filiallarında mikro və kiçik biznesin kreditləşdirilməsi üzrə praktik məşğələlər keçiriləcəkdir.  Proqramının davam etdiyi bütün dövr ərzində təcrübəçilər "NİKOYL” Bank, Azərbaycan Respublikasının bankları haqqında qanun, korporativ davranış və yazışmalar kodeksi,  biznes kreditlərin verilməsi qaydası haqqında tam informasiya ilə tanış olacaq, eləcə də ölkə iqtisadiyyatında mikromaliyyələşdirmənin rolu, effektiv satışlar texnikası, kreditlərin verilməsi zamanı risklərin qiymətləndirilməsi, borcalanın balansının maliyyə təhlili və sairə  kimi mövzuların müzakirə olunacağı treninqlərdə iştirak edəcək
 
Namizədlərə olan tələblər:

Bu proqramda iştirak etmək istəyən bütün 21-30 yaşlı ali təhsilli (ali iqtisadi təhsilə üstünlük verilir) şəxslər [email protected] elektron poçt ünvanına "Yay təcrübə proqramı” qeydi ilə CV göndərməklə qeydiyyatdan keçməlidirlər. Məhdud sayda anket seçildikdən sonra gələcək  təcrübəçilər ənənəvi müsahibə üçün Banka dəvət ediləcək, həmin müsahibənin gedişində onlara məntiq üzrə testlər təqdim olunacaqdır.  Yüksək bal toplayan şəxslər avtomatik olaraq NIKOIL Bankın adı çəkilən proqramının iştirakçıları siyahısına daxil ediləcəklər. Xatırladaq ki, ən fəal təcrübəçilər proqram başa çatdıqdan sonra  gələcəkdə Bankda işə düzəlməyin nəzərə alınması ilə filiallardan birində təcrübə keçmək imkanı əldə edəcəklər. 

"Yay təcrübə proqramı" layihəsi haqqında daha ətraflı məlumatı (012) 981 qısa nömrəsinə zəng vuraraq NIKOIL Bankın əlaqə mərkəzində və yaxud Bankın korporativ saytında  www.nikoil.az əldə etmək olar. 

NIKOIL Bank bu ğun – milli və xarici valyutalarda həyata keçirilən hesablaşma, kredit, ödəniş, kart, banklararası, sənədləşmə və digər əməliyyatların daxil olduğu  tam xidmətlər paketini təqdim edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsinə həm Bakıda, həm də Azərbaycanın regionlarında yerləşən 21 satış nöqtəsi daxildir. 

Sosial şəbəkədə bankın rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/bank.nikoil