SİZİN REKLAM BURADA!
055 213 76 73


Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlər oktyabrın 26-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

BAKU.WS Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 23 oktyabr saat 15:30-a olan məlumata əsasən qəbul olunan abituriyentlərin 45%-i qeydiyyatdan keçib. Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər oktyabrın 26‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

BAKU.WS