SİZİN REKLAM BURADA!
055 213 76 73


“Genlik kəndi geri alındı! Atamın, babamın ve ulu babalarımın kəndi. Mənim doğma və həsrətini çəkdiyim keçmişim artıq bu günüm və gələcəyimdir”.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu sözləri qrossmeyster Şəhriyar Məmmədyarov sosial şəbəkədə yazıb. Zəngilanın Genlik kəndinin ordumuz tərəfindən işğaldan azad olunması xəbərinə sevinən şahmatçı bildirib:

“Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur. İnanıram ki, 2020-ci ildə hər bir vətən həsrəti çəkən azərbaycanlı öz torpağına qayıdacaq. Yaşasın Azərbaycan əsgəri! Yaşasın millətimiz və tarix yazan hökumətimiz!”

Şah onunla şahmat oynamaq istəyənlərə də səslənib:

“Kim Genlik kəndində gənclik edib mənimlə şahmat oynamaq istəyirsə, indidən yazsın”.

BAKU.WS