VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Şüvəlan qəsəbəsində Nizami küçəsində möminlərin birgə təşəbbüsü ilə "Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa as" mağazası fəaliyyətini davam etdirir. 

BAKU.WS-in məlumatına görə, mağaza tam təmənnasız olaraq imkansızlar üçün nəzərdə tutulub. Kimin ehtiyacı varsa mağazaya buyurub ürəyi istədiyini götürə, kimin ehtiyacı yoxdursa Allaha xatir buyurub geyimləri mağazaya təhvil verə bilər.
 
Mağaza rəhbərliyi ehtiyacı olmayanları asanlardan hava şəraitini nəzərə alaraq daha çox yay geyimləri təhvil verməyi xahiş edir. Çünki qış fəsli bitdiyi üçün isti geyimlərə tələbat azalıb. 
 
Geyimlər yuyulmuş, ütülənmiş vəziyyətdə təhvil alınır. Əsasən kişi və uşaq geyimlərinə üstünlük verilir. 
 
 
Paltarların qəbul nöqtəsi ünvanı Kaveroçkin küçəsi, 13 (Amerika Səfirliyinin arxası)

İş vaxtı 1-5ci günlər, 10:00dan -17:00a kimi.

Əlaqəli şəxs: Ramin Səmədov

 
BAKU.WS