SİZİN REKLAM BURADA!
055 213 76 73


2016-cı ilin birinci rübündə  Azərbaycanda 125 nəfər İİV virusuna yoluxub. 

BAKU.WS-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin hesabatında bildirilir. Hesabata əsasən virusa yoluxanların 121-i Azərbaycan vətəndaşı, 4-ü isə əcnəbirdir. Eyni zamanda 125 nəfər İİV-li şəxslərin 31-i İNİ-lər olub. Onların da 24 nəfəri Respublika QİÇS-lə Mübarizə Mərkəzində dispanser qeydiyyatına götürülüblər, qalanları isə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində aşkarlanıb və orada müşahidə olunurlar.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1988-ci ildən 2016-cı ilin I rübünədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5754 nəfər qeydiyyata götürülüb. İİV-ə yoluxması təsdiq olunmuş 5754 nəfərdən 2838 İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 2027 nəfər dispanser qeydiyyatındadır.
 
BAKU.WS