SİZİN REKLAM BURADA!
055 213 76 73


Başında onkoloji şiş aşkar edilən əməkdar artist, qarmon ifaçısı Gülbahar Şükürlünün son görüntüsü yayılıb.

BAKU.WS-in məlumatına görə, qarmon ifaçısının bir neçə gün öncə çəkildiyi iddia edilən fotosu sosial şəbəkədə - bir neçə il öncə dünyasını dəyişən bəstəkar Tahir Əkbərin adını daşıyan səhifədə paylaşılıb: "Bu şəkli Zöhrə Abdullayevadan aldım. Gülbahar Şükürlü ilə iki gün öncə görüşüb, dərdləşiblər. Allah kömək etsin Gülbahar Şükürlüyə".

Xatırladaq ki, əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlünün səhhətində ciddi problemlər yaranıb. Ağrılarının çoxalmasından sonra həkim yoxlanışından keçən G.Şükürlüyə təcili əməliyyat olunmağının vacibliyi qeyd edilib. Lakin maddi durumu yaxşı olmayan qarmon ifaçısı bundan imtina edib.

Yaxınlarının sözlərinə görə, onun qusmaları var, səndələyir, nitqi itir. Artıq heç kimi tanımır. Yataqdadır, yerindən dura bilmir və vəziyyəti ağırlaşır. Təzyiq və baş ağrıları artır, kəskinləşir: "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmaları var, səndələyir, nitqi itir. Artıq heç kimi tanımır. Yataqdadır, yerindən dura bilmir və vəziyyəti ağırlaşır. Təzyiq və baş ağrıları artır, kəskinləşir".

 

BAKU.WS