SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xatirə İslamın əsgərləri və şəhid ailələrini ziyarət edərkən video paylaşması birmənalı qarşılanmayıb. 

BAKU.WS məlumat verir ki, müğənninin bu hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən təqdir olunmayıb. Onlar müğənnini özünü reklam etməkdə ittiham ediblər. Müğənni isə izləyicilərinə cavabında bunları yazıb:

"Deyirəm, yuxudan durub, qaçıb İnstaqramda izlədiyiniz adama xoşagəlməyən tikanlı atmacalar yazanda əlinizə nə verirlər? Ermənilər bizim profillərimizdə bir-birimizi qırmağımıza baxanda, bəlkə də ölür gülməkdən. Siz niyə başa düşmürsünüz ki, Allah hamını bilir və ürəklərə görə verir. Əl çəkin bu qurdluluqdan. Biri yazır qazandığınız pulları əsgərlərə verin, biri yazır sizə yaraşmır ucuz siqaret almaq, biri yazır ərin niyə buraxıb səngərə gedəsən, biri də yazıb filankəs layiq deyil hərbi formaya. Deyirlər, siz nəyisə reklam üçün edirsiniz. Ay savadsız insan məxluqu, mən göstərməsəm, haradan görəcəydin bəs? Reklam etdim ki, sən də qeyrətə gələsən, bir siqaret alıb gedəsən. Yanımda top atıldı, tank gördüm, sonra sizin yazıları, yolda 180 sürətlə sürüb qadına-uşağa yol verməyənləri görəndə, nə bilim Vallah. Allah özü kömək olsun. Kim olursan ol, amma insan ol".
 
Qeyd edək ki, Xatirə İslam ötən gün döyüş bölgəsinə getdiyini bildirib. O, Instagram hesabında video paylaşaraq döyüş 
bölgəsinə getdiyini, yaralı əsgərləri, şəhid ailələrini ziyarət etdiyini deyib. 
 
BAKU.WS