SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Nadir Qafarzadə sosial şəbəkələrdə ünvanına səslənən tənqidi fikirlərə münasibət bildirib. 

BAKU.WS xəbər verir ki, müğənni “Nadir deyirdi, mənim soyuducum doludur, professorun yox” sözlərinin ictimailəşməsini pisləyib. 

Müğənni həmçinin qeyd edib ki, bu sözlərin həqiqət olub-olmamasını insanlar dəqiqləşdirmədən onu tənqid edirlər:

”Bir neçə gündür, müşahidə edirəm, susuram, üstümə gəlirsiniz. Məndən nə istəyirsiniz? Sizə nə etmişəm? Koronavirusu Azərbaycana gətirmişəm, işsizliyi mən yaratmışam?

Bəs bu pandemiya dövründə Nadir və onun həmkarları xalqın yanında olmadımı? Tez unudursunuz bu yaxşlılıqları. Sizi qınamıram, insan çiy süd əmib. Yaxşılıq etmək lazım deyilmiş. Mən həmişə insanları düşünmüşəm. Çünki mən özüm də nə vaxtsa kasıb olmuşam və kasıb təbəqəni anlamışam. Bəzi məmurlar var ki, haqqınızı, pulunuzu yeyirlər. Sizə elə yaxşı olur, əcəb edirlər, halal olsun onlara. Ayıb olsun sizə. Buradan sözüm bəzi insancıqlaradır. Allah sizi yaradıb ki, yer üzü boş qalmasın".

BAKU.WS
VİDEO