VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tanınmış futbolçu Devid ilə  modelyer Viktoriya Bekhem boşanmaq üzrədir. Məşhurların ayrılıq xəbəri onların pərəstişkarlarını da çox kədərləndirib. 

BAKU.WS Publik.az-a istinadən xəbər verir ki, 18 illik evlilikdən sonra cütlük ayrılmağa qərar verib. Qərb mətbuatının yazdığına görə, Viktoriya ilə Devid Bekhem  uzun zamandır ki, ayrı yaşayır. Buna görə cütlük son vaxtlar ictimaiyyətdə çox olmaq və diqqəti çəkmək istəmir. Onlar boşanma prosesini səssiz-səmirsiz şəkildə bitirmək istəyir. 
 
Onu da qeyd edək ki, "Hollywoodlife.com” saytı bütün bu iddiaları təkzib edib və cütlüyün boşanmadığını bildirib. Sayt ulduz cütlüyün çox xoşbəxt olduğunu, sevgi andını pozmadıqlarını, tək məqsədlərinin uşaqlarına yaxşı gələcək təmin etmək olduğunu qeyd edib.  Bekhem cütlüyü haqqında belə iddiaların yayılmasına səbəb kimi Devid və Viktoriyanın gərgin iş qrafiki üzündən zaman-zaman ayrı yaşamaları göstərilib.
 
Bekhem ailəsi isə bu iddialara hələlik heç bir açıqlama verməyib.

Xatırladaq ki, Viktoriya ilə Devid Bekhemin 17 yaşlı Bruklin, 13 yaşlı Romeo, 11 yaşında Kruz adlı üç oğlu və Harper adlı 4 yaşında bir qızı var. 
 
BAKU.WS