SİZİN REKLAM BURADA!
055 213 76 73


"Show news" verilişi sənət adamları arasında sorğu apararaq kişilərin saçına rəng qoyub, botoks etdirməsini soruşub.

BAKU.WS axşam.az-a istinadən sorğunu təqdim edir:

Aparıcı Rövşanə Ağasəfqızı kişinin botoks etdirməsini heç qəbul etmədiyini bildirib:

"Botoks etdirən kişi mənə çatmır. 71 yaşlı kişi saçını boyayırsa, xarizma ölür. İstər şou adamı, istər adi kişi olsun. Kişini daha təbii qocalan görmək istəyirəm. 71 yaşında saç boyasan, cavan görünəcəksən? Üz qırışacaq, nə qədər botoks edəcəksən?"

Müğənni İlahə Fəda isə buna normal yanaşdığını söyləyib:

"Kişilik botoks etdirib, saçına xına qoymaqla ölçülmür. Əgər genində kişilik varsa, dodağına gel də vursa, saçına boya da qoysa kişidir. Səhnə adamına olar".

Müğənni Əbdül Xalid isə heç vaxt belə baxım etdirmədiyini deyib:

"Mənim xislətimdə yoxdur. Etmirəm, edənə isə... Kişiyə yaraşdırmıram. Təmizlik yaxşı şeydir. Amma əlavə şeylər olmaz. Dəfələrlə rəng təklif ediblər, amma istəməmişəm. Hər yaşın öz gözəlliyi var".

Xalq artisti Mənsum İbrahimov isə "Sənət aləmidir, hər insanın öz həyatıdır. O işlərə qarışmıram. Nə qınayıram, nə bir şey. Dünya səhnəsində var. İstəyən istifadə edir".

Rəqqasə Renka "Kişi özünə qulluq etməlidir. Pis baxmıram. Gedib saqqalını düzəltdirirsə, nə olar?" deyib.

Meyxanaçı Ağamirzə "Heç vaxt etmərəm" deyərək qarşı çıxıb.

Aparıcı Arzu Həmzəyeva isə "Pis baxmıram. Kişinin qırışı olmalıdır. Amma saç boyamaq olar. Səhnə adamı baxımlı olar" deyərək suala cavab verib.

Rəqqasə Oksana Rəsulova isə bunu heç qəbul etmədiyini deyib. O, öz ailəsindəki kişiləri misal çəkərək kişilərin saçını boyayıb, botoks etməsini qınayıb.

BAKU.WS