SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu sözləri qızıl yel xəstəliyindən əziyyət çəkən və günlərlə gəzə bilməyən Əməkdar artist Aybəniz Haşımova deyib.

BAKU.WS xəbər verir ki, ifaçı açıqlamasında vəziyyətinin yaxşılaşdığını, artıq ayağa qalxdığını bildirib:

"23 gün bundan öncə, gecə yarısı, evdə tək, ölümlə həyat arasında yaşadığım anlarımın ağrısını sətirlərə belə düzürəm... Bəlkə də, bu son olacaqdı... Bəlkə də, böyük bir imtahanın qarşısındaydım, nə bilim... bir onu bilirəm ki, Allahıma, "qarşındayam, uca Allahım, hazıram", dedim. Əslində qəfil gələn əcəl idi. Nədənsə, gəncliyimdən fərqli olaraq heç qorxmurdum. Nə bədənimi, nə canımı yaxan alovu, nə də ki, tutulmuş ayağımın ağrısını hiss edirdim. Sanki bütün ömür ağrılarımı unutmuşdum... Sanki heç bu dünyada bərk-boşdan çıxmamışdım... İçimdə tək bunu dedim: Aynim, xəbərin yoxdur, mama, deyəsən, can verir... Sonra birdən gözüm Quran kitablarıma sataşdı. Onun birini bağrıma basmağa ayağımın gücü çatmadı.

Deməli, vida zamanı o gün deyilmiş... Düzünü deyim, bilmirəm, buna sevinimmi, yoxsa yox. Sadəcə Allahımın qarşısında, deyəsən, növbəti imtahanlarıma zaman qazandım... Bu da ömrümün 52-ci yayında Allahımın qarşısında verdiyim bu günə, əslində qadalı başlayan, ancaq sonu major akkordları ilə ömür səhifəmə yazılan yazı... Sizə söz vermişdim, bir gün ayaq üstə dura biləcəyimə həkimim inandırmışdı... Belə də oldu! Çox şükür Allaha, artıq ayağımı yerə basa bildim. Bir daha əmin oldum, Allaha sığınanlar... Allah sizi heç vaxt tək buraxmayacaq".


BAKU.WS
VİDEO