SİZİN REKLAM BURADA!
055 213 76 73


Tanınmış aparıcı Azər Qərib ona qarşı fırıldaqçılıq olunduğunu iddia edib.
BAKU.WS xəbər verir ki, bu haqda sosial şəbəkədə yazan aparıcı xaricdə bir şəxsin onun adından istifadə edib xanımlardan pul yığdığını bildirib:

"Artıq neçə müddətdir, müxtəlif ölkələrdən qadınlar mənə yazırlar ki, sizin adınızdan bizə kələk gəliblər. Deməli, nə baş verir:

"Beynəlxalq aferistlər" balaca ölkələrdən olan tanınmış "Facebook" izləyicilərinin şəkilləri ilə saxta profil açırlar və məhəbbət intizarında olan tənha xanımlara məktublar göndərirlər. Məni də qurban seçiblər, bilmirəm, fərəhlənim ya üzülüm. Qoyurlar mənim qlamur şəkillərimi, başlayırlar basıb-bağlamağa ki, səni belə sevirəm, gecələr gəlirsən yuxuma, sənsiz bir günüm olmasın, mən belə biznes-klasla uçuram, Maldiv belə getdi, Seyşel belə gəldi, pul məndə, bir də ingilisdə, səni də aparacam özümlə, buralarda ol.

Sadəcə, indi bir balaca çətinliyim var, mənə çox yox, 500 dollar göndər, gələn ay gedirik səninlə bal ayına. Bu yazıq da neyləsin, sonuncu dəfə kişidən tərifi 739 il bundan əvvəl eşidib, pensiyası da yaxşı, göndərir 500 dollar ki, al bu pulu, gözləyirəm səni.

O isə pulu alıb aradan çıxır, xanım qalır hönkürə-hönkürə, məni tapıb gileylənir. Braziliyadan, Avstriyadan, İtaliyadan, hətta Vyetnamdan belə yazıb şikayətlənən var. Cavab vermirəm, nə deyim ki? Özləri görürlər ki, mənlik deyil.

Odur ki, bu gündən keçirəm bu üsula: hansı xarici ağbirçək mənimlə yazışmaq istəsə, əvvəlcədən hesabıma depozit köçürməlidir. Pandemiya yıxdı büdcəmizi, bir az dirçələrik heç olmasa".

BAKU.WS
QALEREYA