VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aygün Kazımova paylaşımı ilə diqqət mərkəzinə düşüb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hazırda Qəbələdə dincələn sənətçi sosial media hesabında ağ, dərin sinə dekolteli, uzun libasda kamera önünə keçib.

Retro avtomobil önündə cazibədar pozlar verən Kazımova qısa saç düzümü ilə göz qamaşdırıb.

Pop divanın dəbdəbəli geyiminin müəllifi yaxın dostu, dünya şöhrətli dizayner və stilist Rüfət İsmayıldır.

Dizaynerin yaratdığı bu libas “Afffair.fff” brendinin xüsusi kolleksiyasındadır.

Sinə hissəsi gümüşü rəngli, müxtəlif ölçülü daşlarla bəzədilən geyimin qiyməti isə 3145 manatdır.

BAKU.WS