SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Mətanət İsgəndərli kürəkənindən borc istəyib. 

BAKU.WS xəbər verir ki, sənətçi Xəzər TV-nin “5-də 5” proqramında qonaq olarkən aparıcı Zaur Kamal ondan belə bir xahiş edib.

Aparıcı Mətanət xanıma deyib ki, Türkiyə vətəndaşı olan kürəkəninə zəng vurub ondan 5000 dollar borc istəsin. Aparıcının bu istəyi ifaçının ürəyincə olmasa da onun sözünü yerə salmayıb. Engin bəyə zəng vurub və hal-əhval tutmağa başlayıb. Lakin qızının ərindən borc istəməyə utanıb.

Telefon danışığının uzun çəkdiyini görən Zaur Kamal telefonu Mətanət xanımın əlindən alaraq özü ifaçının adından ondan borc istəyib. Engin bəy 5000 dolları verməyə hazır olduğunu deyib.

Sözügedən görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO