VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Ən böyük arzum ana olmaqdır. Ondan başqa heç bir arzum yoxdur". 

BAKU.WS xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva deyib.

Abıyeva Xəzər TV-nin "5-də 5" verilişində karyerasında uğurlar qazandığını, artıq şəxsi həyatı ilə bağlı arzuları olduğunu dilə gətirib:

"29 yaşım var, 22 yaşımdan bu sənətdəyəm. Azərbaycanda 90 faiz əhali məni tanıyır. Valideynlərimin də arzusu mənim toyumu və ana olmağımı görməkdir. Amma hazırda həyatımda heç kim yoxdur".

Aktrisa verilişin aparıcısı Zaur Kamalın “Gözəlliyindən neçə adam ölüb?” sualına belə cavab verib:

“Gözəlliyimdən ölən olmayıb. Amma gözəlliyimə görə özündən gedən çox insan olub. Mən bunu tək gözəlliyimlə əlaqələndirməzdim. Sevənim hər zaman çox olub. Sevilən bir insanam”.

BAKU.WS
VİDEO