VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Nigar Şabanova azxeber.com-un "Nazimlə Tez-bazar" rubrikasının qonağı olub. 

BAKU.WS sözügedən müsahibəni təqdim edir: 

- Nigar Şabanova deyəndə ağıllara gələn ilk fikir...

- Səmimi və sadə xanım

- Evliliyim ona görə uğursuz alındı ki...

- Çünki sevgisiz idi.

- Azyaşlı qızları evləndirmək...

- Tələsməsinlər. Zamanın axarına buraxsınlar. Həyatı dərk edəcək yaşda ailə həyatı qursunlar.

- 15 yaşında nişanlamaq...

- Bu ailəmin istəyi ilə oldu.

- Ərimdən kobudluq görəndə...

- Çox üzüldüm.

- Boşanandan sonra...

- Ağladım və peşiman oldum. Sonrakı peşmançılıq fayda verməz.

- Ana olandan sonra anladım ki...

- Sevgi ilə ailə qurub, bir-birini daha dərindən tanımaq yaxşıdır.

- Qızımı ilk dəfə qucağıma alanda...

- Cənnətin qoxusunu hiss etdim.

- Keçmişə baxdığımda anlayıram ki...

- Özümə haqsızlıq çox olub.

- Ailə həyatı qurmadan ana olmaq...

- Böyük bir məsuliyyətdir. Allah bir valideynə əmanət etdiyini sənə əmanət edib. Bu, ikiqat məsuliyyətdir.

- Yenidən ailə həyatı qurmağı...

- Yalnız sevgi məcbur edə bilər.

- 28 yaşında Əməkdar artist olmaq...

- Böyük və əvəzolunmaz hissdir.

- Dövlət məni gənc yaşımda mükafatlandıranda...

- Sevincimdən ağlamışdım.

- Xatirə İslama demək istəyirəm ki...

- İnşallah o gözəl ürəyinə görə Allah sənə də qismət eləsin.

- Aylıq qazancım...

- 5 min civarı.

- Mələkxanımla aramızda olan qalmaqal...

- Sadəcə anlaşılmazlıq idi...

- Özümdən böyüklərə demək istəyirəm ki...

- Sizdən kiçikləri kiçik görməyin. Onlar sadəcə yaşda kiçikdirlər.

- Koronavirus mənə...

- Od qoydu (gülür)

- Toylara getməyəndə...

- Çoxlu yürüş edirəm, yemək bişirirəm.

- Azərbaycanda populyar olmaq üçün...

- Yaxşı pulun olmalıdır.

- İnsanlar sosial şəbəkələrdə məşhurları ona görə təhqir edir ki...

- Özləri bekardılar. Sosial şəbəkədə çox oturmaqdan sinirləri pozulub.

Qeyd edək ki, Nigar Şabanova boşandıqdan sonra ailə qurmadan övladlığa uşaq götürüb.

BAKU.WS
VİDEO