SİZİN REKLAM BURADA!
055 213 76 73


Tanınmış telejurnalistlər Günay Malikqızı və Günay Novruzqızı uzun fasilədən sonra yenidən efirə qayıdır. 

BAKU.WS xəbər verir ki, hər iki Günay Xəzər TV-də aparıcılıq edəcək.

Onlar "Birinci Studiyası" proqramında 7 günün mənzərəsini - həftə ərzində ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələri şərh edəcəklər.

İlk verilişi 7 iyun saat 21:00-da efirdə olacaq.

Qeyd edək ki, Günay Malikqızı Milli Olimpiya Komitəsinin mətbuat katibidir. Günay Novruzqızı isə "Park Bulvar" Ticarət Mərkəzinin PR və marketinq müdiri vəzifəsində çalışır.

BAKU.WS
VİDEO