SİZİN REKLAM BURADA!
055 213 76 73


MTV Azərbaycan kanalında yayımlanan "Ulduzun vaxtı" verilişinin aparıcısı efirdə göz yaşı töküb.

BAKU.WS xəbər verir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən buraxılışın qonağı müğənni Rüfət Axundov ilə azyaşlı oğlu olub.

İfaçı qızından söz edərkən kövrəlib:

"Allah mənə qismət etsin, qızımı ağ libasda "Vağzalı" sədaları altında gəlin köçürüm. Bu barədə düşünəndə artıq kövrəlirəm". 

Rüfət bəyin bu sözləri Ulduzu da kövrəldib və o, göz yaşlarını saxlaya bilməyib. Aparıcı ağladığını gizlətmək üçün əlləri ilə üzünü qapayıb və tamaşaçılardan üzr istəyib. 

Ulduz göz yaşlarına boğulmasının səbəbini atasız böyüməsilə əlaqələndirib:

"Atanın qızı ilə bağlı danışması məni çox kövrəldir. Ata mövzusunda həssasam. Ona görə siz belə danışanda kövrəldim. Mən atamdan diqqət, sevgi görməmişəm. Hər iki sevgini anamdan görmüşəm. Anamın əllərindən öpürəm". 

Aparıcının ağlaması müğənnini həyəcanlandırıb və o da kövrəlib.


Aysel
BAKU.WS
VİDEO