SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Brilliant Dadaşova 32 illik ailə həyatının uğurlu olmasının səbəbini açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu sözləri "5/5" verilişində deyib. Müğənni həyat yoldaşından və yaşadıqları çətin günlərdən söz açıb:

"Bizim mədəniyyətimiz ailə təməlləri üzərində qurulub. Bu gün boşanmalar dünyanın bəlasıdır. İnsanlar bir az tələsirlərmi, yoxsa yarlarını düzgün seçmirlərmi... Amma yenə də, əgər xasiyyətləri tutmursa, ayrılsalar yaxşıdır.

Bizim ailəmizdə qırğınlıq ola bilməzdi, çünki Ədalət müəllimlə bir-birimizə çox bənzəyirik. 1985-ci ildə tanış olmuşuq, o vaxtdan bu yana əl-ələ davam etmişik. Pulsuz vaxtlarımız çox olub. O vaxtlar paketin içində preslənmiş beş ədəd sosiska satırdılar, onu ancaq uşağımıza verirdik, özümüz yemirdik. Bir toyuqdan sous bişirib soyuducuda saxlayıb, onu 3-4 gün yalnız uşağımıza yedirirdik. Biz ikimiz heç nə yemirdik. Çünki ev almışdıq, onu ödəməyə çalışırdıq.

O vaxtlar hər ailədə çətinlik vardı, amma bizdə daha çox oldu. Çünki biz gənc ailə idik və balaca uşağımız vardı. Yoldaşım Rus Dram Teatrının direktor müavini idi. Hərci-mərclik dövrü olduğundan hökumət teatra fikir vermirdi. Şükür, indi hər şey yaxşıdır".

Qeyd edək ki, müğənni Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəlidir.

BAKU.WS
VİDEO