SİZİN REKLAM BURADA!
055 213 76 73


"Hədsiz dərəcədə qısqanclığın qurbanı olmuşam. Bunlar insanı ayaqda tutur”.

BAKU.WS xəbər verir ki, bu sözləri “Şou ATV” verilişində qonaq olan Əməkdar artist Gülüstan Əliyeva deyib.

O, həyat yolunda qarşılaşdığı qısqanclıqdan danışarkən bunları deyib:

“Sənin mübarizliyini, prinsipiallığını artırır. Sənətində sıçrayışlar edə bilirsən. Lakin insanlar, hadisələr, olduğun mühit səni yorur. Çəkilirsən öz tənhalığına. Həmin zaman necə güclü insan olduğun görünür. Təklik Allaha məxsudur. Sən Allaha sığınaraq yerdə öz tənhalığınla xoşbəxt olmağı bacarırsansa, deməli, sən ən güclü insansan.

Bir zaman dostlarım, yaxınlarım arasında insanların simasız olduğunu gördüm. İnsanların daxilində əslində nələr var imiş. Əslində sən onlara dost olmusan, onlar sənə yox. İnsan tənha olanda öz gücünü hiss edir".

BAKU.WS