SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Bozbash Pictures” komandasının  yeni "Axırıncı yol” macəra komediyasının aktyorları Novruz bayramı ərəfəsində dəyərli tamaşaçılarına hədiyyə olaraq Park Cinema - Metroparkda "İmza günü" təşkil edəcəklər. Filmin əsas heyyəti sabah saat 19:00 Park Cinemada bütün kino sevərləri gözləyəcək.

"Axırıncı yol" macəra komediyası "Bozbash Pictures” qəhramanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz bir vəziyyətə düşən qəhramanlar yerli bankların birindən içində 2.000.000 dollar olan inkasator avtomobilini qaçırırlar. Bundan xəbər tutan ölkə polisi cinayətkarları tapmaq üçün hər bir varianta əl atır.  Şöşünün başçılığı ilə cinayətkar dəstə banka məxsus inkasator avtomobilinin görkəmini dəyişərək "SOSKA Uşaq Əyləncə Mərkəzi” adı ilə cinayət izini itirmək istəyirlər, lakin bu onları daha da çətin bir vəziyyətə salır.

Park Cinema - 5 meydançadan ibarət ən böyük kinoteatrlar şəbəkəsidir. Ən yüksək texniki tələblərə cavab verən kinoteatrlar Park Bulvar, MetroPark, Park Zagulba AVM, Bakının yeni simvolu Flame Towers və Amburan əyləncə kompleksində yerləşir.

Əfsanəvi komfort və zalların keyfiyyətindən savayı, Park Cinema Azərbaycanda əzəmətli IMAX formatının yeganə nümayəndəsidir.