SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Afaq Bəşirqızının "Elgizlə İzlə" proqramında Elgiz Əkbərlə telefon danışığı zamanı işlətdiyi qeyri-etik ifadənin efirə getməsi ictimaiyyətdə geniş müzakirəyə səbəb olub. Ünvanına səslənən mənfi fikirlərə tab gətirməyən A.Bəşirqızı qalmaqala səbəb olan açıqlamalarından sonra "İnstagram" hesabını silib.

BAKU.WS xəbər verir ki, aktrisanı tənqid edənlərlə yanaşı dəstək olanlar da var. Onlardan biri də Elgiz Əkbərdir.

O, efirdə söyüş söyən Xalq artisti Afaq Bəşirqızı ilə fotosunu "İnstagram"da paylaşaraq “Canımın içi” yazıb. Aparıcının bu addımı izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Elgiz mənfi rəylərin çoxluğunu görüb şərh bölümünü bağlamağa məcbur olub. 

Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızının qeyri-etik ifadəsinə görə Milli Televiziya və Radio Şurasının qərarı ilə dünən ARB TV-nin yayımı 6 saat dayandırılıb. 

ARB-nin yayımının dayandırılmasına səbəb olan görüntüləri təqdim edirik:

Aysel
BAKU.WS
VİDEO