SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Ayan Babakişiyeva ilk duet ortağı Ədalət Şükürovla bir daha duet oxumayacaq.

BAKU.WS xəbər verir ki, Xəzər TV-nin "5/5" verilişinin qonağı olan müğənni duetlərindən söz açıb:

"İlk səhnəyə gələndə Ədalət Şükürovla duet oxumuşdum. Sonra Nadir Qafarzadə ilə duet ortağı olduq. Nadirlə oxuduğumuz mahnıları tək oxumaram. Özü burada yoxdusa, ürəyi bizimlədir. Nadirlə 4 duetimiz var. Səhnəyə ilk gəldiyimdə Ədalət Şükürovla duet oxumuşdum. Amma artıq Nadirdən başqa heç kimlə duet oxumaram".

Onun bu sözlərindən sonra aparıcı belə bir sual verib: "İndi Ədalət Şükürov səninlə duet oxuyar?"

Ayan suala sualla cavab verib: "Birinci məndən soruş gör, mən Ədalət Şükürovla duet oxuyaram?"

İfaçı aparıcının " Sən onunla duet oxuyarsan?" sualına çəkinmədən "yox, oxumaram" cavabını verib.

Aysel
BAKU.WS
VİDEO