SİZİN REKLAM BURADA!
055 213 76 73


ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı müğənni Afət Fərmanqızı olub.

BAKU.WS xəbər verir ki, müğənni günün birində səsi batarsa, necə pul qazanacağından söhbət açıb:

“Özümü ağıllı xanım hesab edirəm. Hansı sahədə olsam, düşünürəm ki, ətrafımdakıların arasında uğur qazanacam. Birinci, insan düzgün olmalıdır.

Bir insan deyə bilməz ki, Afət mənə pul borcludur və yaxud evimi yıxıb. Sözsüz ki, mənim də zaman-zaman səhvlərim olur.

Səhvsiz insan yoxdur. Səhvin də dərəcəsi var. Allah etməsin, səsim batarsa, gözəl əl qabiliyyətim var. Blinçiklər bişirib mağazalara təqdim edərəm.

Özümü o sahədə sınayaram və əl zəhmətimlə də çörəyimi qazanaram.

Elə zamandır ki, işimizi sosial şəbəkədən sata da bilirik. Sürücülük də edərəm. Gözəl vizaj da edirəm”.

BAKU.WS
VİDEO