VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Xəzər" televiziyasında yayımlanan və xalq artisti Aygün Kazımovanın da iştirak etdiyi "5\5" verilişində qanun pozuntusu yoxdur".
 
BAKU.WS-in məlumatına görə, bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurası (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

T.Məmmədov bildirib ki, xalq artisinin həmin verilişdə səsləndirdiyi cümlənin hansı fikri ifadə etdiyini onun özündən başqa heç kim bilmədiyi üçün bu hal qanun pozuntusu kimi hesab oluna bilməz: "Aygün Kazımova verilişdə işlətdiyi fikirlərlə nə demək istədiyini ancaq özü bilir. Onun həmin fikirləri ilə nəyi ifadə etmək istədiyini bilmədiyimiz üçün bu hal MTRŞ tərəfindən qanun pozuntusu hesab edilə bilinməz. Yəni verilişdə qanun pozuntusu faktı müşahidə olunmur".

Qeyd edək ki, verilişdə A.Kazımova meyxanaçı Namiq Qaraçuxurlunun oxşarı Elman Məmmədov da iştirak edib. A.Kazımov E.Məmmədovun Namiq qaraçuxurluya çox oxşadığını deyib: "Gedək indi o biri otaqda deyim, tam oxşayırsan, yoxsa yox". Xalq artistinin işlətdiyi sonuncu cümlə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
 
BAKU.WS