SİZİN REKLAM BURADA!
055 213 76 73


İTV-nin "3D" proqramının məşhur siması Dadaş Dadaşlinski və Lyubadan sonra məşhur siması Əziz liftin düyməsini ayağı ilə basmaq üçün idmana başlayıb.

BAKU.WS xəbər verir ki, Dadaşlinskinin qəbul otağında Əzizin idman etdiyini görən Lyuba onun bu hərəkətini alqışlayıb:

"Əziz, bu başqa məsələ. Mən şəxsən çox razıyam ki, sən karantində idman edirsən. Əla!

Əziz lifti çağırmaq üçün idmana başladığını deyib:

"Əşşi, nə karantin? Şpaqat aça bilmirəm, "rastyajkam" yoxdur, lifti çağıra bilmirəm. 

Onun bu cavabı Lyubanı təəccübləndirib:

"Sənin ağlın başındadır? Belə başa düşdüm ki, sən ayağınla lifti çağırmaq istəyirsən?"

Əziz statusu ondan yuxarı birindən ibrət götürdüyünü deyərək özünə haqq qazandırıb:

"Bəli, bunu məndən də ağıllı, savadlı və imkanlı adamlar edir, mənə nə gəlib ki. Tutaq ki, lifti çağırdım, 16-ci mərtəbənin düyməsini necə basacağam?"

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə orta yaşlı bir kişinin əllərini spirtləyərək liftin düyməsini ayağı ilə basmasını əks etdirən videogörüntü yayılıb. İstifadəçilər həmin şəxsin "BP Azərbaycan" şirkətinin vitse-prezidenti Zaur Paşayev olduğunu iddia ediblər.

Əzizlə Lyubanın bu qısa səhnəciyi həmin qalmaqallı videoya işarədir.

BAKU.WS
VİDEO