VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa Tünzalə Əliyeva karantin rejimini pozmağa məcbur olub. Baxmayaraq həkim müayinəsindən keçib.

BAKU.WS xəbər verir ki, Əməkdar artist həyat yoldaşı Röyalla birlikdə çəkdiyi fotosunu "İnstagram"da paylaşaraq bu sözləri yazıb:

"Bu gün çölə çıxmağa məcbur olduq. Çünki Milli Onkologiya Mərkəzinə gətməli idim. Allah hər birimizə rəhm etsin".

Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə əlaqədar 2020-ci il mart ayının 31-dən etibarən vətəndaşlardan evi tərk etməmələri tələb olunur. Yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən mağazalara və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilatlarda çalışanlara küçəyə çıxmaq icazəsi verilir.

BAKU.WS