SİZİN REKLAM BURADA!
055 213 76 73


"Ay Abbas, toylarda mənim mahnılarımı oxumasaydın səni Bakı camaatı dəvət etməzdi axı?"

BAKU.WS Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "5/5" verilişində deyib.

Müğənni Əməkdar artist Abbas Bağırovla küsülü olmalarının səbəbini açıqlayıb:

"Bilirsiz, musiqiçi Rafiq Babayev terror qurbanı oldu. 1994-cü ildə metro partladılanda dünyasını dəyişdi. Ondan sonra tək qaldım. Təsadüfən toyların birində Ənvər Sadıqovu gördüm, qarmon çalmağından xoşum gəldi və işə dəvət etdim. Birlikdə 10 il işlədik. 5 il verilişimdə yanımda oldu. Ənvəri cilalayıb, göstərdim. Yanımda gözəl reklamı da oldu. 

Sonra Abbasın yanında gördüm ki, Ənvər solistdir. Ona dedim ki, mənim üçün nigaran qalma, Abbas daha əlverişlidir. Onun yanında solistsən, mənim yanımda yox. Toydan gələn qonorarı yarı böləcək, çünki sənin adınla gedəcək. Mənə isə Ənvərin adı lazım deyil, özüm varam.

Beləliklə, Ənvər mənim toy aparmağımı ən xırda detallarına qədər Abbasa öyrətdi. Sonra Abbas çıxdı dedi ki, Brilliantdan heç nə öyrənməmişəm. Bir dəfə toya getdik, Abbas da orda idi. Çıxdı mənim neçə mahnılarımı oxudu. Fikirləşirəm ki, indi mən nə oxuyacam? Amma yenə də nəsə demədim. Bir gün "Aləm gözəl" mahnısını oxudum, çıxdı haqqımda nələr danışdı. Eybi yox, sonra Abbası bağışladım".

BAKU.WS
VİDEO