SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Son dövrün ən gözəl modellərindən Emili Ratajkovski bir çox qadını qısqandıracaq açıqlama verib.

BAKU.WS-in məlumatına görə, 24 yalı Ratajkovski, idman salonuna girib saatlarla məşq etmədiyini söyləyib.

Ratajkovski "Xüsusi diet proqramım yoxdur. Heç idman müəllimim də yoxdur. Həqiqətən də idman salonlarına getmirəm. Sadəcə piyada çox gəzirəm və rəfiqələrimlə velosipedlə gəzintiyə çıxmağı sevirəm", – deyə bildirib.

Gözəl model, həmçinin çox makiyaj etməyi sevmədiyini də deyib. Ratajkovski "Kloun kimi görünməkdən nifrət edirəm" deyib.

Emily Ratajkovski podiumla yanaşı kinoya da maraq göstərdiyini söyləyib. Xanım model son olaraq "Gone Girl" adlı filmdə rol alıb. Filmdəki rolu və performansı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Yaxında zamanlarda o, "We Are Your Friends" adlı filmdə rol alacaq.
 
Ayşən Ayxan 
BAKU.WS